25 C
Baku
Friday, April 19, 2024

Amerikan şirkətləri Çinə sərmayə qoymaqdan imtina edirlər

ABŞ-ın Çindəki bəzi şirkətləri ölkədən getmələrini sürətləndirirlər, çünki vergi artımı onların işlərinə zərər verməkdə davam edir.

Banker.az bu barədə CNBC, Amerika Ticarət Palatasının Şanxayda (AmCham Shanghai) keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər verir.

Respondentlərin bir hissəsi (26,5%), ABŞ və Çin arasında gedən ticarət müharibəsi fonunda sərmayələrini digər regionlara yönəldirdiklərini söyləyib. Ötən il ilə müqayisədə bu göstərici 6,9 punkt artmışdır. Texnologiya, aparat və proqram təminatı sahəsində, eləcə də xidmət sektorunda investisiya qoyuluşu ilə əlaqədar böyük dəyişikliklər müşahidə olunub

PwC-ın tərəfdaşlığı ilə keçirilən tədqiqatda Amerika Ticarət Palatasının 333 üzvü iştirak etmişdir. Sorğu 27 iyundan 25 iyuladək keçirilib.

Məlum olub ki, hal-hazırda ABŞ-ın Çindəki şirkətlərinin qarşılaşdığı əsas məsələlərdən biri,, yerli bazara çıxışdır. Respondentlərin yarısından çoxu (56,4%) ölkədə işləmək üçün lisenziya əldə etməyin asan olmadığını söyləyib.

Bununla birlikdə, respondentlər demək olar ki, bütün məsələlər üzrə, o cümlədən əqli mülkiyyətin qorunması və texnologiyanın məcburi köçürülməsi sahəsində müsbət nəticələr olduğunu bildiriblər. Çin hökumətinin xarici və yerli şirkətlərə eyni münasibət göstərdiyini bildirən müəssisələrin payı 34% -dən 40% -ə yüksəlib.

Xatırladaq ki, Çin və ABŞ arasındakı ticarət müharibəsi artıq bir ildən çoxdur ki, davam edir.

Sentyabrın 1-də ABŞ prezidenti Donald Tramp, Çindən idxal olunan mallara 15%-lik ticarət tariflərini tətbiq edib.

Ticarət sahəsindəki gərginlik dünya iqtisadiyyata təsir göstərir. İkinci rübdə Çinin ÜDM-u cəmi 6,2% artıb.

Şirkətlər müharibənin uzun çəkəcəyini ehtimal edirlər. Respondentlərin 35% ticarət müharibəsinin yaxın 1-3 il, 13% isə 3-6 il davam edəcəyini proqnozlaşdırır.

 

Son xəbərlər
Digər xəbərlər