15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Amerikanın ən böyük universitetləri gizli şəkildə bitkoinə investisiya qoyurlar

faizlere

Amerikanın Harvard, Yale, Brown və Michigan da daxil olmaqla ən böyük universitetləri gizli şəkildə bitkoinə yatırım edirlər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, “Coindesk” tərəfindən verilən məlumata görə, bəzi Amerika universitetləri 12-18 ay əvvəl “Coinbase” və digər birjalarda kriptovalyutalar almağa başlayıblar.

Bu universitetlərin 2021-ci ildə bitkoindən əldə etdikləri gəlir barədə hesabat verəcəkləri gözlənilir.

Vəsaitlər çox vaxt xeyriyyə ianələri şəkildə universitet fondlarına daxil olur. Təhsil və tədqiqat fəaliyyəti məhz onlar tərəfindən maliyyələşdirilir. Bundan əlavə, rəqəmsal aktivlərdən investisiya məqsədilə istifadə olunur.

Ən böyük fondun Harvard universitetində olduğu məlum olub – 40 milyard dollar. Yale University – 30 milyarddan çox, Michigan University – 12.5 milyard dollar, Brown University – 4.7 milyard dollar.

Xatırladaq ki, daha əvvəl tarixdə ilk dəfə kriptovalyuta bazarının ümumi kapitallaşmasının 1 trilyon dolları keçdiyi bildirilmişdi. Bu nailiyyətinin böyük hissəsi bitkoin üzərinə düşür: bütün rəqəmsal aktivlərin 70 faizini o təşkil edir. Lakin qısa müddət ərzində kriptovalyuta bazarının kapitallaşması psixoloji göstəricini aşaraq, yenidən 925 milyard dollara düşüb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər