Amerikanın aktivlərinə görə ən böyük bankı olan JPMorgan Chase 2017-ci ilin 4-cü rübü ərzində bir müştəriyə görə 143 mln. dollar itirb.
Bankda bu müştərinin kim olduğu bildirilmir. Lakin Bloombergin verdiyi məlumata görə bu müştəri CAR-dan olan Steinhoff şirkətidir. Bu şirkət hazırda maliyyə hesabatlılığı ilə bağlı qalmaqalın iştirakçısıdır.
Steinhoff həcminə görə dünyanın ən böyük ikinci mebel istehsalçısıdır. Məlumat üçün bildirək ki, ötən ay şirkətin direktorlar şurasının sədri və maliyyə direktoru istefa verərək şirkətdən ayrılmışdır.