21 C
Baku
Wednesday, June 4, 2025

Amerikanın ən böyük şirkətlərinin rəhbərlərinin gəlirləri il ərzində 9% artıb

İyunun 1-də “The Wall Street Journal” 2024-cü ilin sonunda ən yüksək mükafat (ümumi əmək haqqı, bonuslar, opsionlar və s.) alan Amerikanın ən böyük ictimai şirkətlərinin baş direktorlarının siyahısını dərc edib. Qəzet “MyLogIQ” xidmətinin S&P 500 indeksini təşkil edən şirkətlərdə mükafatlarla bağlı hazırladığı məlumatları təhlil edib. Bildirilir ki, bu şirkətlərdə baş direktorların illik qazancı 2023-cü illə müqayisədə 9% artaraq 17,8 milyon dollar təşkil edib.

2024-cü ildə ən böyük mükafat ordu və polis üçün texnologiyalar tərtib edən “Axon” şirkətinin baş direktoru Rik Smit alıb. 1993-cü ildən “Axon”a rəhbərlik edən cənab Smit keçən il 164,5 milyon dollar qazanıb. Bundan əlavə, Rik Smit il ərzində mükafat artımına görə liderdir – 999%.

Ən yüksək mükafat alan 5 CEO arasında həmçinin “General Electric” sənaye konqlomeratının rəhbəri Lourens Kulp (89 milyon dollar), “Blackstone” investisiya fonduna rəhbərlik edən Stiven Şvarsman (84 milyon dollar), “Apple” şirkətinin rəhbəri Tim Kuk (74,6 milyon dollar) və daha bir investisiya fondu KKR-nin baş direktoru Cozef Be (73 milyon dollar) daxildir.

Son xəbərlər
Digər xəbərlər