9 C
Baku
Thursday, December 12, 2024

Amerikanın ən yüksək gəlirli CEO-ları

İldən-ilə amerikalı top-menecerlərin aldığı əmək haqqı səviyyəsi yüksəlməkdədir. The Associated Press və Equilar  araşdırma şirkətinin məlumatlarına görə, 2013-cü ildə amerikan müəssisəsinin CEO-sunun orta əmək haqqısı 10,5 milyon dollara çatmışdır. CEO-nun əldə etdiyi gəlir müəssisənin adi əməkdaşının əldə etdiyi gəliri 257 dəfə üstələyir. Aşağıda sizə Amerikanın ən varlı CEO-larının siyahısını təqdim edirik:

10. Brian Roberts, 31,4 milyon dollar (+8%)

Roberts Comcast telekommunikasiya şirkətinin rəhbəridir. Bu şirkət geniş sayda aktivlərə sahibdir.

9. Ceffri Byuks, 32,5 milyon dollar (+27%)

O Time Warner şirkətinin rəhbəridir. Onun biznesinin xalis gəliri keçən il 3,6 milyard dolları keçmişdi. Bu da varlı CEO-nun 2012-ci il ilə müqayisədə üç dəfə artıq gəlir qazandığının göstəricisidir.

8. David Zasław, 33,3 milyon dollar (-33%)

David Discovery Communications rəhbəridir və o 2013-cü ildə 1 milyard dollar həcmində xalis gəlir əldə etməyi bacarıb.

7. Robert Iger, 34,3 milyon dollar  (+46%)

Robert Iger The Walt Disney Company şirkətinin rəhbəridir. Bununla yanaşı o, Apple şirkətinin direktorlar şurasının üzvüdür. Bundan əvvəl isə Google şirkətinin direktorlar şurasına daxil idi.

6. Leonard Schleifer, 36,3 milyon dollar (+21%)

O 1988-ci ildə yaradılmış Regeneron Pharmaceuticals biotexnoloji şirkətə rəhbərlik edir. Lakin şirkətin səhmlərinin dəyəri artıq 3 milyard dollara çatıb.

5. Filipp Dauman, 37,2 milyon dollar  (+11%)

Filipp Dauman isə Viacom rəhbəridir.

4. Stiven Kaufer, 39 milyon dollar (+510%)

TripAdvisor rəhbəri biznesdə inamla inkişaf etməsi vasitəsilə öz gəlirini dəfələrlə artıra bilib. Şirkətin maliyyə vəziyyətinin yaxşı olması 2013-cü ildə iki şirkətin Jetsetter və GateGuru-nun əldə edilməsinə imkan verdi.

3 Riçard Adkerson, 55,3 milyon dollar (+294%)

Adkerson rəngli metallar bazarında əsas oyunçulardan biri olan Freeport-McMoRan Copper & Gold şirkətinin rəhbəridir. Bu şirkət qızıl və mis əldə edilməsi ilə məşğul olan ən nəhəng şirkətlərdən biridir. Şirkətin xalis gəliri 19 milyard dollar təşkil etdiyi halda, şirkətin əməkdaşlarının sayı 29,7 min şəxsdir.

2. Lesli Munvz, 65 milyon dollar (+9%)

O CBS efir şəbəkəsinin rəhbəridir və Amerikanın ən varlı CEO-larından biridir.

1. Entoni Petrello, 68,2 milyon dollar (+246%)

Nabors Industries şirkəti Entoni Petrello-nun idarəsi altındadır. Onun əsas biznesi – ABŞ-ın neft-qaz sektoru üçün quyuların qazılmasıdır. Şirkətin tərkibində demək olar ki, 27 min işçi çalışır.

Son xəbərlər
Digər xəbərlər