12 C
Baku
Wednesday, December 11, 2024

Amerikanın bank sektoru on ildə 200 min iş yerini ixtisar edəcək

Önümüzdəki on ildə Amerika bankları 200 min iş yerini, yəni işçilərinin 10%-ni ixtisar edəcək. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Wells Fargo” bankının məşhur analitiklərindən biri Mayk Mayo məlumat verib.

O, “Financial Times”a verdiyi müsahibədə bunun “bank işçilərinin ən böyük ixtisarı” olacağını söyləyib. Qeyd edək ki, son on ildə bank işçilərinin sayı praktik olaraq dəyişməz qalıb və təqribən 2 milyon nəfər təşkil edib.

ABŞ Əmək Nazirliyinin proqnozuna görə, yaxın gələcəkdə bankdakı kassirlərin sayı təxminən 15% azaldılacaq. Analitikin araşdırmasından belə çıxır ki, pandemiya zamanı bağlanan bankların əhəmiyyətli hissəsi fəaliyyətini həmişəlik dayandırıb. Filiallar bütün diqqətini onlayn konsultasiyaya yönəldəcək, ofislərdə yerinə yetirilən tapşırıqların əksəriyyəti isə avtomatlaşdırılacaq.

Analitikin sözlərinə görə, aşağı əmək haqqı alan işçilərin ixtisarı banklar üçün həmişə problem olub. Buna baxmayaraq, Mayk Mayo texnoloji şirkətlərin və bank olmayan kredit təşkilatların bank sektoru üçün əsas təhdid olduğunu vurğulayıb. Bildirildiyi kimi, bu gün banklar maliyyə xidmətləri bazarının cəmi üçdə bir hissəsini təşkil edir. Bu isə o deməkdir ki, kompüterlərin sayı çoxalır, insanları isə – azalır.

Son xəbərlər
Digər xəbərlər