6 C
Baku
Sunday, December 15, 2024

Amerikanın “Bolt” ödəmə xidməti $6 mlrd. qiymətləndirmə ilə $393 mln. cəlb edib

Amerikanın onlayn sifarişlərin ödənilməsi xidməti olan “Bolt” 6 milyard dollar qiymətləndirmə ilə “Digital Horizon”dan 393 milyon dollar investisiya cəlb edib.

Banker.az xəbər verir ki, 2020-ci ilin dekabr ayından etibarən startapın dəyəri təxminən yeddi dəfə artıb. “Digital Horizon”dan başqa maliyyə raundunda “Willoughby Capital”, “Soma Capital”, “General Atlantic”, “Tribe Capital”, “Activant Capital” və “Moore Strategic Venture” iştirak edib. Qeyd edək ki, “Bolt” ABŞ və Kanadada fəaliyyət göstərir. Onun vasitəsi ilə “minlərlə saytda” onlayn sifarişləri bir hesab ilə ödəmək mümkündür. Bu gun “Bolt” xidmətindən 10 milyondan çox insan istifadə edir. Şirkət ödəmələrdən 2% komissiya alır və “Forever 21”, “Badgley Mischka” kimi mağazalarla əməkdaşlıq edir.

“Bolt” Avropa bazarına girməyi, orada öz məhsullarını inkişaf etdirməyi və marketinqə sərmayə qoymağı planlaşdırır. “CrunchBase”ə görə “Bolt” 2014 -cü ildə qurulandan bu yana 503.4 milyon dollar toplayıb. Startapın dəyəri 2020 -ci ilin dekabrında 850 milyon dollardan 6 milyard dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər