2 C
Baku
Saturday, December 14, 2024

Amerikanın “Forbes” jurnalı satışa çıxarılıb

Amerikanın “Forbes” jurnalının naşri biznesini satmağı düşünür. Bildirilir ki, jurnalın qiyməti ən azı 630 milyon dollar təşkil edir. Birjaya çıxmaq planları uğursuzluğa düçar olduqdan sonra nəşriyyatçı onu satmağı düşünüb.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Satışa hazırlaşmaq üçün Forbes beynəlxalq maliyyə konqlomeratı “Citigroup”u cəlb edib. Onun nəşr üçün hazırladığı sənəddə deyilir ki, 2021-ci ildə jurnal 200 milyon dollardan çox gəlir və 40 milyon dollardan çox mənfəət əldə edib.

2021-ci ilin avqustunda “Forbes” birjaya çıxmağı planlaşdırdığını açıqlayıb. Ancaq 2022-ci il may ayının sonunda jurnalın bu planlardan imtina etdiyi məlum olub. “Forbes” jurnalı 1917-ci ildə yaradılıb. O, ən varlı iş adamlarının reytinqləri ilə tanınır. Nəşr 76 ölkədə nəşr olunur.

Son xəbərlər
Digər xəbərlər