8 C
Baku
Tuesday, March 4, 2025

Amerikanın iki əfsanəvi investoru süni intellektə $40 milyard sərmayə qoyur

Amerikalı investor, “Guggenheim Partners” investisiya şirkətinin direktoru Mark Uolter və “Legendary Entertainment” film şirkətinin keçmiş sahibi Tomas Tall süni intellektə 40 milyard dollar sərmayə qoyurlar.

Onlar bunu cənab Uolterin “TWG Global” şirkəti vasitəsilə etməyi planlaşdırırlar. İnvestorlar  sahib olduqları şirkətlərin səmərəliyini və gəlirliliyini artırmaq üçün süni intellektdən istifadə etməyi planlaşdırırlar.

Qeyd edək ki, “TWG Global” cənab Uolterin bəzi aktivlərini, o cümlədən onun “Guggenheim”dəki payını idarə edir. “Financial Times” qəzeti yazır ki, onlar 2022-ci ildə birlikdə sərmayə qoymağa qərar veriblər və bu məqsədlə keçən il süni intellekt üzrə mütəxəssisləri işə götürüblər.

Son xəbərlər
Digər xəbərlər