Kaliforniyanın “Lucid Motors” startapı, ilk Air elektrik avtomobilini təqdim edib. Banker.az “The Verge”ə istinadə verdiyi məlumat verir ki, şirkət onun üzərində on ildən çoxdur ki, işləyir.
Ümumilikdə alıcıların dörd seçimi var:
- Air Basic – qiyməti 80 min dollar təşkil edir, satışa 2022-ci ildə çıxarılacaq;
- Air Touring – qiyməti 95 min dollar təşkil edir, satışa 2021-ci ilin dördüncü rübündə çıxarılacaq;
- Air Grand Touring – qiyməti 139 min dollar təşkil edir, satışa 2021-ci ilin ikinci rübündə çıxarılacaq;
- Air Dream Edition – qiyməti 169 min dollar təşkil edir, satışa 2021-ci ilin ikinci rübündə çıxarılacaq;
“The Verge” qeyd edir ki, digər elektrik avtomobil istehsalçıları kimi, “Lucid” də “Tesla”nın strategiyasından istifadə edib və birinci bahalı modelləri satmağı planlaşdırır.
“Lucid” ilk növbədə Model S ilə rəqabət aparır. Şirkətin baş direktoru Peter Rawlinson vurğulayır: Lucid Air – Mercedes S-klass avtomobilinə sahib olanlar və “Tesla”nın təklif etdiyi texnologiyalara inananlar üçündür.