12 C
Baku
Saturday, November 23, 2024

Amerikanın texnologiya milyarderləri bir gündə rekord $59 mlrd. varlanıblar

Amerikanın böyük texnologiya şirkətlərinin sahibləri cümə günü bazar rallisi nəticəsində bir gündə rekord 59 milyard dollar qazanıblar. “Bloomberg”in məlumatına görə, ümumilikdə siyahıda 32 belə milyarder var.

Ən çox qazanan “Amazon” şirkətinin həmtəsisçisi Ceff Bezos olub – onun sərvəti səhmlərin 12% bahalaşmasından sonra 10.5 milyard dollar artıb. Qeyd edək ki, sahibkarın ümumi sərvəti təxminən 120 milyard dollar təşkil edir.

“Tesla”, “SpaceX” və “Twitter” şirkətinin sahibi olan İlon Mask fond bazarındakı yüksəliş sayəsində 9.6 milyard dollar varlanıb. “Google”un həmtəsisçiləri Larri Peyc təxminən 5.3 milyard dollar, Larri Brin isə 5.1 milyard dollar qazanıb.

ABŞ-da illik inflyasiya oktyabrın nəticələrinə görə 8.2%-dən 7.7%-dək yavaşlayıb. Bu, fond bazarına da öz təsirini göstərib. Nəticədə, yüksək texnoloji şirkətlərin indeksi NASDAQ 7.35%-ə yüksəlib. “Dow Jones Industrial Average” indeksi 3.7% artaraq 33 715.38 bəndə, “S&P 500” isə 5.54% artaraq 3 956.37 bəndə yüksəlib.

“Bloomberg”in milyarderlər indeksinə görə, dünyanın ən zəngin 500 adamı cümə axşamı günü sərvətlərini ümumilikdə 168 milyard dollar artırıblar.

Son xəbərlər
Digər xəbərlər