26 C
Baku
Saturday, April 20, 2024

Amerikanlar Donald Trampın vəzifəsindən uzaqlaşdırılmasını istəmirlər

ABŞ sakinlərinin əksəriyyəti hesab edir ki, Donald Trampın vəzifəsindən uzaqlaşdırılması üçün əldə olan dəlillər kifayət etmir.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, prezidentə qarşı impiçment prosedurunun başlamasını elan etmişdir.

Banker.az xəbər verir ki, Siyasətçinin fikrincə, Donald Tramp ukraynalı tərəfdaşı Vladimir Zelenski ilə telefon danışığı zamanı ona təzyiq göstərib.

Məsələ ilə bağlı sorğu keçirilib və məlum olub ki, respondentlərin 24%-i prezidentin günahkar olduğunu qəbul edib, 31%-i istintaq prosesinin davam etdirilməsini tələb edib, 39%-i isə liderin vəzifəsindən uzaqlaşdırılmasını istəmədiyini bildirib.

Reuters xəbər agentliyinin keçirdiyi sorğu göstərir ki, Demokratik Partiyanın tərəfdarları arasında Trampa qarşı çıxanların sayı əhəmiyyətli dərəcədə artıb (79%). Respublikaçılar Partiyasından impiçment tərəfdarlarının payı cəmi 12% təşkil edir.

 

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər