8 C
Baku
Monday, November 18, 2024

Amerikanların Azərbaycandakı BOKT-u ili zərərlə bitirdi, borcları artdı

Azərbaycanın böyük kredit təşkilatlarından biri “KredAgro” Bank Olmayan Kredit Təşkilatı MMC öncəki ildəki uğurunu 2020-ci ildə təkrarlaya bilməyib və ötən ilini milyon üzərində zərər etdiyi məlum olub.

Banker.az xəbər verir ki, bu barədə “KredAgro” BOKT-un 2020-ci il üzrə audit hesabatında deyilir.

2020-ci il ərzində 1 milyon 500.39 min manat həcmində faizdən gəliri, 297.17 min manat həcmində faiz xərci edib. Faiz gəlirləri ilik müqayisədə 38%, faiz xərcləri isə 59% artıb. Bununla da BOKT-un xalis faiz gəlirləri 1 milyon 203.15 min manata yüksəlib.

Bank olmayan kredit təşkilatının əməkhaqqı xərcləri və mükafatlarının həcmi 1 milyon 249.56 min manat olub (2019: 1 milyon 548.86 min manat), inzibati xərcləri 1 milyon 538.52 min manat (2019: 2 milyon 184.7 min manat), amortizasiya xərcləri 164.54 min manat (166.79 min manat) olmuşdur. Beləliklə, qeyri-faiz əməliyyatları üzrə zərəri 2019-cu ildə 1 milyon 778.87 min manat olduğu halda 2020-ci ildə 2 milyon 710.73 min manat manata yüksəlib.

Əlavə olaraq faiz gətirən aktivləri üzrə ehtimal olunan zərər üçün bərpadan 2019-cu ildə 3 milyon 970.88 min manat vəsait daxil olduğu halda 2020-ci ildə cəmi 91.69 min manat vəsait daxil olub. Yəni, onsuzda əməliyyat mənfəəti zərərdə olan BOKT-u öncəki ildə xalis mənfəətinə səbəb olan geridönüşlərin həcminin kəskin azalması onun ötən ili 1 milyon 415.94 min manat zərərlə bitirməsinə gətirib çıxarıb.

Bu zərərin ardından BOKT-un balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 4 milyon 20.08 min manata qədər azalmasına səbəb olub.

AKTİVLƏR KİÇİLİR, BORCLAR ARTIR

“KredAgro” BOKT-un 1 yanvar 2021-ci il tarixinə həcmi 11 milyon 356.79 min manat təşkil edib. Bu da illik müqayisədə 6.5% azalma deməkdir. Aktivlərinin 513min manatı nağd pul vəsaitləri, 1 milyon 387 min manatı banklardakı depozitlər (bir il öncə: 1 milyon 801 min manat), müştərilərin kreditləri 6 milyon 143 min manat ( 6 milyon 675 min manat) və əmlak və avadanlıqlar 1 milyon 391 min manat (1 milyon 337 min manat)  olmuşdur.

Kredit təşkilatının borc öhdəliklərinin həcmi isə 4 milyon 349 min manatdan 4 milyon 974 min manata yüksəlib. Öhdəliklərin həcminin 5 milyon 290 min manata qədər yüksəlməsinə səbəb olub.

“KredAgro” BOKT 2000-ci ildə yaradılıb, 452.3 min manat nizamnamə kapitalına sahibdir. Kapitalının 100%-i ABŞ-ın ACDI/VOCA Təşkilatına məxsusdur.

3343435334234242424434343443442423423

Son xəbərlər
Digər xəbərlər