Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) üzvlərindən biri olan “AccessBank” QSC üzvlükdən çıxıb.
Bu barədə Banker.az saytının əldə etdiyi məlumatda deyilir.
Həmçinin bir müddət öncə “AccessBank”ı tərk etmiş Elşən Pirmalıyev AMFA-nın İdarə Heyətini tərk edib. O, burada çalışdığı bankı təmsil edirdi.
Xatırladaq ki, 2001-ci ilin dekabr ayının 19-da rəsmi olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis edilib. Bu təşkilata banklar, BOKT-lar və kredit təşkilatları üzvdürlər.