“Amnesty International” Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zamanı Bərdə şəhərinə raket hücumu zamanı kasetli bombalardan hücumunu təsdiqləyib.
Bu barədə təşkilatın saytına istinadən xəbər verir.
Təşkilat qeyd edib ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib.
“Amnesty International”ın ekspertləri fotomüxbir tərəfindən çəkilmiş, 9N235-in kasetli döyüş sursatlarının fraqmentləri təsvir edilmiş şəkillərin doğruluğunu təsdiq ediblər.
“Yaşayış məntəqələrinin kassetli döyüş sursatları ilə atəşə tutulması insanların həlak olmasıŞ, yaralanması, əzab çəkməsi ilə nəticələnən qəddar və məsuliyyətsiz əməldir “, – “Amnesty International”-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariya Struters bildirib.