9 C
Baku
Friday, December 13, 2024

“Amrah Sığorta”da Ləğvetmə Komissiyası yaradılıb

Amrah Sığorta” ASC müştərilərinə müraciət edib.

Müraciətdə deyilir ki, şirkət, səhmdarlarının oktyabrın 16-da qəbul etdiyi qərara uyğun olaraq fəaliyyətini könüllü dayandırır:

“Bununla əlaqədar “Amrah Sığorta”da Ləğvetmə Komissiyası yaradılıb. Sığorta müqaviləsi qüvvədə olan müştərilər 60 gün ərzində şirkətin Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 21A ünvanında yerləşən baş ofisinə müraciət edərək müqavilələrinin ləğv olunması üçün qeydiyyata düşməlidir.

“Amrah Sığorta” həm də “Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC-nin “Kasko Butik” layihəsinin yeganə tərəfdaşıdır. Bu layihənin müştərilərinin də yuxarıda qeyd olunmuş ünvana müraciət etmələri xahiş olunur”.

Son xəbərlər
Digər xəbərlər