28 C
Baku
Saturday, July 27, 2024

Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında imzalanacaq müqavilənin şərtləri müəyyənləşdirildi

Xəbər verdiyimiz kimi, 10.02.2020-ci il tarixində Amrahbank ilə Səudiyyə İnkişaf  Fondu arasında maliyyələşmə xəttlərininayrılması barəsində müqavilənin imzalanması üzrə razılıq əldə olunmuşdu.  

Bu gün, Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında birinci, 4 mln. USD məbləğində maliyyələşmə xəttinin ayrılması üçün imzalanacaq müqavilə Banka təqdim olundu. Əlavə olaraq, növbəti tranşların ayrılması üçün danışıqların başlanması razılığına gəlindi.

Bildirdiyimiz ki, Fondun təqdim etdiyi maliyyələşmə xəttləri Səudiyyə Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin maliyyələşdirilməsinə sərf ediləcək. Bu da müştərilərin kredit və ticarətin maliyyələşməsi ehtiyaclarını tam ödəmək imkanını yaradacaqdır. Xəttlərin yaxın zamanlarda Bankın müştərilərinə təqdim olunması nəzərdə tutlmuşdur.

Nəzərinizə çatdırırıq ki, Amrahbank yarandığı gündən bu günə qədər beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. Bu gün əldə olunan razılaşma bu strategiyanın uğurlu davamıdır. 

Səudiyyə İnkişaf Fondu ilə Amrahbank 2011-ci ildən fəal əməkdaşlıq edir. Xarici banklarla müxbir münasibətlər, beynəlxalq maliyyələşmə və ticarətin maliyyələşdirilməsi Amrahbank fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Amrahbank Kuwait Finance House Group, Islamic Trade Finance Corporation (ITFC), Saba Islamic Bank, Islamic Corporation for the Development of the Private Sector (ICD), OPEC Fund for International Development (OFID), Gulf Finance House kimi beynəlxalq maliyyəinstitutları ilə uğurlu əməkdaşlıq qurmuşdur.

Amrahbank: Sizə açıq  aydın bank!

Son xəbərlər
Digər xəbərlər