9 C
Baku
Thursday, December 12, 2024

Amrahbank ilə  Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq barəsində müqavilə imzalanması üzrə razılıq əldə olundu

Amrahbank ilə Səudiyyə İnkişaf  Fondu arasında əməkdaşlıq barəsində müqavilənin imzalanması üzrə razılıq əldə olundu. Bu məqsədlə 10.02.2020-ci il tarixində Amrahbank ASC-nin Baş ofisində təşkil olunmuş görüşdə Səudiyyə İnkişaf Fondundan Eksport üzrə Maliyyə direktoru cənab Ali Algarni, Hesablaşmalar və Monitorinq Departamentinin rəhbəri cənab Mohammed Altombkti, marketinq mütəxəssisi cənab Navaf Alojruşun, Amrahbank ASC-nin struktur rəhbərləri, iş adamları, o cümlədən Gənc Sahibkarlar Birliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) nümayəndələri iştirak etdilər. 

Görüşün birinci hissəsində Amrahbank ASC ilə Səudiyyə İnkişaf Fondu arasında rəsmi əməkdaşlıq barəsində razılıq əldə olundu. Razılığa əsasən Bankın müştəriləri Səudiyyə Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin, eləcə də Azərbaycanda real sektorun maliyyələşdirilməsində birgə əməkdaşlıq ediləcəkdir. Qeyd edək ki, belə bir razılşmanın rəsmiləşməsi Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafına dəstək verəcəkdir.

Görüşün ikinci hissəsində Səudiyyə İnkişaf Fondunun fəaliyyəti üzrə təqdimat keçirildi. Fondun fəaliyyəti ilə bağlı görüşün iştirakçıları arasında interaktiv müzakirələr aparıldı.

Nəzərinizə çatdırırıq ki, Amrahbank yarandığı gündən bu günə qədər beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. Bu gün əldə olunan razılaşma bu strategiyanın uğurlu davamıdır. Bu da Banka müştərilərin kredit və ticarət maliyyələşməsi üzrə ehtiyaclarını daha tam ödəməyə imkanı yaradacaqdır.

Səudiyyə İnkişaf Fondu ilə Amrahbank 2011-ci ildən fəal əməkdaşlıq edir. Xarici banklarla müxbir münasibətlər, beynəlxalq maliyyələşmə və ticarətin maliyyələşdirilməsi Amrahbank fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Amrahbank Kuwait Finance House Group, Islamic Trade Finance Corporation (ITFC), Islamic Corporation for the Development of the Private Sector (ICD), OPEC Fund for International Development (OFID), Gulf Finance House kimi beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlıq qurmuşdur.

Amrahbank: Sizə açıq və aydın bank!

93284213467t32094

Son xəbərlər
Digər xəbərlər