9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Amrahbank-ın işçiləri əmək haqlarını ala bilmirlər

Banker.azın bankın əməkdaşlarına istinadən verdiyi məlumata görə, bu gün Amrahbankın bir sıra əməkdaşları aylıq əmək haqlarını tələb etmək üçün toplaşıblar. Onların verdiyi məlumata görə, onlar Mərkəzi Bankın banka inzibatçı təyin etdikdən sonra əmək haqlarını ala bilmirlər.

Banker.azın əldə etdiyi məlumata görə, yaranmış durum əsasən ondan qaynaqlanırki, banka təyin olunan yeni nəzarət orqanı təyin olduğu gündən sonrakı günlər üzrə işləmiş günlər üzrə əmək haqların təyin olunacağını bildirib, bundan əvvəlki günlər üzrə köhnə rəhbərliyin məsuliyyət daşıdığı bildirilir. Lakin köhnə rəhbərliyin isə müvafiq səlahiyyətləri olmadığından , ayın əvvəlindən banka inzibatçı təyin olunan tarixə qədərki günlər üzrə əmək haqları hesablayıb ödəməsi mümkün deyildir. Odurki yekunda proses tam olaraq başa çatdırıla bilmir

Bu məsələ ilə bağlı rəsmi qurumlarında mövqeyini aldıqdan sonra əlavələr ediləcəkdir.

Yenilənir…

Son xəbərlər
Oxşar xəbərlər