12 C
Baku
Friday, March 29, 2024

AmrahBank-ın təklif etdiyi fərqli məhsullar

Banker.az monitorinq qrupu bu dəfə Sizlərə 28 dekabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası ilə fəaliyyətə başlamış və korporativ müştərilərə eyni zamanda fiziki şəxslərə geniş çeşiddə bank xidmətlərini göstərən Amrahbank haqqında məlumat hazırlayıb.

Amrahbank  – 15-i Bakı şəhərində olmaqla 24 filial və şöbəsi ilə müştərilərinə yüksək səviyyədə xidmət göstərir. Bankın səhmlərinin 54,16%-i fiziki şəxslərə, 45,84%-i isə Beynəlxalq investisiya Bankına məxsusdur. Bankın səhmdarları tanınmış imkanlı şəxslər, kommersiya firmaları və Körfəz Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin qurumlarıdır.

Bankın biznes fəaliyyəti öz hesabına investisiya qoyulması, daşınmaz əmlaka və xüsusi kapitala İslam Şəriətinə uyğun olaraq sərmayə qoyuluşu, pul yerləşdirilməsidir. Bu Bankın əsas məqsədləri arasında müxtəlif çeşiddə beynəlxalq investisiyalar təklif etmək xüsusi yer tutur.

Bankın məhsul çeşidi sırasında bizim diqqətimizi çəkən əsas depozit məhsulları və onların şərtlərini Sizlərin diqqətinə çatdırırıq.

Lider əmanəti” məhsulu  –  müştərilərə illik 15% qədər gəlir təklif edən, müddət və faiz seçimi imkanları olan əmanət məhsuludur. 

Bu əmanət növünün üstün cəhəti ondan ibarətdir ki, əmanəti hissə-hissə çıxarmaq mümkündür və əmanət məbləğinin 90%-i qədər təcili kredit xətti götürə bilərsiniz. Siz eyni zamanda 3cü şəxsin adına depozit aça bilərsiniz. Eyni zamanda Amrahbank tərəfindən sizə ödənişsiz olaraq plastik kart da təqdim ediləcəkdir.

Minimal məbləğ – 500 AZN /USD/EURO

Maksimum məbləğ – Məhdudiyyət yoxdur

Müddət – min. 3 ay – mak. 36 ay

Əmanət faizi – faizlər əmanətin valyutasından, müddətindən və faizlərin aylıq, rüblük, yarım illik, illik və müddətin sonunda götürülməsindən asılı olaraq maksiumum 15% olmaqla dəyişir.

Əmanətin müddəti Aylıq (AZN) Müddətin sonunda (AZN) Aylıq (USD) Müddətin sonunda (USD)
12 ay 15% 15% 3% 3%
24 ay 13% 14,5% 3% 3%
36 ay 12% 13% 3% 3%

 

“Güvən əmanət” məhsulu – bir il və ya daha uzun müddət üçün Banka əmanət yerləşdirmək istəyən müştərilər üçün nəzərdə tutulub.

Bu əmanət növündə müştərilər öz əmanətlərini 20AZN/USD/EURO-dan az olmamaq şərti ilə artıra bilərlər. Siz həmçinin əmanət məbləğinizin 90% həcmində təcili kredit xətti də götürə bilərsiniz. Eyni zamanda Amrahbank Güvən əmanət məhsulundan istifadə edən müştərilərinə cari hesaba bağlı plastik kart təqdim edir ki, Siz bu kartla banka gəlmədən əmanətinizə hesablanmış faizlərinizi ATM-lərdən çıxara bilərsiniz.

Minimal məbləğ – 50 AZN /USD/EURO

Maksimum məbləğ – Məhdudiyyət yoxdur

Müddət – min. 3 ay – mak. 36 ay

Əmanətin müddəti Aylıq (AZN) Müddətin sonunda (AZN) Aylıq (USD) Müddətin sonunda (USD)
12 ay 15% 15% 3% 3%
24 ay 13% 14,5% 3% 3%
36 ay 12% 13% 3% 3%

 

Son xəbərlər
Digər xəbərlər