“Amrahbank” istehlak krediti məshulunun faizini endirib

  •  
  •  
  •  
  •  

Azərbaycan kommersiya banklarında biri “Amrahbank” ASC bir neçı istehlak krediti məhsullarının şərtlərini hətta bir məhsulun adını dəyişib.

Banker.az monitorinq qrupu bildirir ki, adı dəyişdirilən kredit məhsulu “Təmir Tikinti krediti”nin “Lombard Krediti” məsulu ilə əvəzlənməsidir. Qızıl və zinət əşyaları təminatlı olan bu kreditin faizi 27-30% dərəcəi aralığında dəyişir. Maksimum məbləğ isə 30 min manat təşkil edir.

Bank bundan əlavə “Depozit girovlu kredit” məhsulunu bazara çıxarıb. Məlumata görə, bu istehlak krediti katiqoryasına aid edilən kredit milli valyutada olduğu halda depozit məbləğinin 90%-i  Kredit və yaxud depozit xarici valyutada olduqda LTV ( kreditin məbləği + komissiya+kreditin faizi ) depozit mebleğinin 90% ilə hesablanacaq.

İstehlak Lizinqi“nin isə şərtləri dəyişdirilib. Məsələm, veriləcək kreditin minimum məbləği  200 manat azaldılmaqka 300 manata, maksimum məbləği 3 000 manat artırılmaq 10 000 manat həcminə qədər artılıb. Faiz dərəcəsi isə 4% azaldılaraq 24-33% səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, “Amrahbank”da hazırda 9 növ istehlak krediti məhsulu var.

Xatırladaq ki, “Amrahbank” 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə, 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə, 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

 


  •  
  •  
  •  
  •