“Amrahbank” ASC-nin yanvar-sentyabr ayları üzrə faiz xərcləri, faiz gəlirlərini üstələyib. Bankın 8 milyon 692,77 milyon faiz gəlirləri olmaqla, faiz xərcləri isə 9 milyon 466,01 manat təşkil edib. Burada, faiz gəlirlərindən 8 milyon 407,44 min manatı kreditlərdən daxil olan vəsait, faiz xərclərindən isə 9 milyon 167,68 min manatı depozitlər üzrə ödəmələrdir (normalda banklar ən azından bu müsbət olur). Yəni, bankın kredit faizlərinən gəliri müştərilərə depozitlər üzrə ödədiyi xərclərdən daha az təşkil edir.
Lakin, bu mənfi tendensiyanın fonunda bankın öncəki illə müqayisədə bu göstəricidə “işıq” yerinin qismən olduğunu mümkün olduğu rəqəmlərə görmək olar. Məsələm, bank ötən ilin faiz zərəri 2 milyon 379,93 min manat təşkil edirdisə, bu il 773,23 min manata düşüb, eləcə də faiz gəlirlərində “canlanma” var.
Hazırda bankın əməliyyat zərəri 6 milyon 103 min manat civarındadır.
Qeyd edək ki, bank 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 8 milyon 196,17 min manat zərər edib.