“Amrahbank” lombard kreditinin faizini kəskin endirib

0

Azərbaycanda yeganə ərəb kapitallı bank olan Amrahbank ASC istehlak kreditlərdən birinin faiz dərəcələrini azaldıb.

Banker.az-a məxsus monitorinq qrupu bildirir ki, bu, Lombard krediti məhsuludur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə ki, Bank bu kreditin faiz dərəcəsinin minimumunu 27%-dən 20%-ə endirməklə kreditin verilmə müddətini 24 aydan 36 aya qədər uzadıb. Bundan əlavə bank kredit məhsulunun maksimum verilmə məbləğini 20 000 manatdan 50 000 manata kimi artırmalı olub.

Lombard kreditinin hazırda bankda komissiya 2%-dək olmaqla, təminat kimi qızıl və ya zinət əşyaları tələb olunur.

Qeyd edək ki, hazırda bankda istehlak krediti kimi Təmir krediti, Nəğd Pul krediti, Avtokredit, Kredit Kartı və Avtolizinq kimi kredit məhsulları var.