17 C
Baku
Friday, May 3, 2024

“Amrahbank” maliyyə durumu bəlli oldu

“Amrahbank”ın 2019-cu il 30 iyun tarixində cəmi aktivləri 201,981 mln manat təşkil edib. Ötən ilin analoji dövründə isə 196,217 mln manat olub. Belə ki, bankın cəmi aktivləri bu il 3% artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinad edərək xəbər verir.

“Amrahbank”ın cari ildə müştərilərə verdiyi kreditlərdə artaraq 104,946 mln manat təşkil edib. 2018-ci ildə isə bankın kredit portfeli 94,389 mln manat olub.

Bankın cəmi öhdəlikləri 16% artaraq 187,508 mln manat olub. 2019-cu ilin ikinci rübündə “Amrahbank”ın depozit portfeli 166,269 mln manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çox deməkdir.

2019-cu ildə “Amrahbank”ın faiz gəlirləri 5,882 mln manat, faiz xərcləri  6,252 mln manat olub.

Bank 2019-cu ilin ikinci rübünü 5,279 mln manat zərərlə başa vurub. Belə ki, “Amrahbank”ın zərəri ötən ilə nisbətən 35% azalıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər