26 C
Baku
Saturday, July 27, 2024

“Amrahbank” regionlarda plastik kartların qiymətini 30% daha ucuz təklif edəcək

“Amrahbank” ASC plastik kartlardakı tarifləri diferensiallaşdırıb.

Bu barədə Banker.az-ın monitorinq qrupu məlumat yayır. Bank bu həftənin ilk günündən etibarən bunu tətəbiq etməyə başlayıb.

Belə ki, Bankın Plastik kartın alınması və kart itirildikdə bərpası üçün tətbiq etdiyi tariflərdəki qiyməti iki hissəyə bölüb – paytaxt və regionlar üçün. Paytaxt üçün tarifləri dəyişməz saxlasa da regionlar üçün təklif etdiyi kartı 30% daha ucuz təklif edəcək. Məsələn, sadə Visa Electron və ya Mastercard Bakıda 10 manata satıldığı halda regionlarda 7 manata satılacaq.

Qeyd edək ki, hazırda “Amrahbank”da 5 növ üzrə fiziki şəxslər üçün plastik kart məhsulu vardır.

Son xəbərlər
Digər xəbərlər