10 C
Baku
Thursday, December 12, 2024

“Amrahbank” və “Atabank” Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-də qəbul etdiyi qərarla “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 2007-ci il iyulun 30-da 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və həmin il iyulun 30-da 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC bu il mayın 1-dən “Əmanətlərin sığortalanması haqqında” qanunun  22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların bu il mayın 1-nə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

Sıra sayıReyestr nömrəsiReyestrə daxil olma tarixiBankın adı
1130/07/07ASC “Xalq” Bankı
2330/07/07“Azərbaycan Beynəlxalq Bankı”ASC
3430/07/07“ACCESSBANK” QSC
4630/07/07Bank Melli İran Bakı filialı
5730/07/07“Azər Türk Bank” ASC
6930/07/07“Bank of Baku” ASC
71030/07/07“Bank Respublika” ASC
81130/07/07“Kapital Bank” ASC
91330/07/07“AGBank” ASC
101430/07/07“Muğanbank” ASC
111530/07/07“Yelo Bank” ASC
121630/07/07Pakistan Milli Bankının Bakı filialı
131730/07/07“Rabitəbank” ASC
142030/07/07“TuranBank” ASC
152130/07/07“UNİBANK” Kommersiya Bankı” ASC
162230/07/07“Yapı Kredi Bank Azərbaycan” QSC
172807/08/07“Expressbank”ASC
183110/09/07“Azərbaycan Sənaye Bankı” ASC
193410/09/07“NBC BANK” ASC
203525/10/07“Günay Bank” ASC
213604/12/07“Bank Avrasiya” ASC
223704/12/07“PAŞA Bank” ASC
233829/08/08“Naxçıvanbank” ASC
243916/01/09“AFB BANK” ASC
254026/02/09ASC “Bank VTB (Azərbaycan)”
264228/04/09“PREMİUM BANK” ASC
274315/04/10“Bank BTB” ASC
284515/05/15“Ziraat Bank Azərbaycan” ASC

Report

Son xəbərlər
Digər xəbərlər