22 C
Baku
Friday, April 26, 2024

“Amrahbank”da rəhbər vəzifələrə yeni təyinatlar olub

“Amrahbank”ın İdarə Heyətinin və Audit Komitəsinin tərkibində dəyişikliklər edilib.

Xarici KİV-ə istinadən, Nəcəf Cəfərli İdarə Heyətindən çıxarılıb, onun yerinə isə Vüsal Musayev gətirilib. Sonuncu 2009-cu ildən “Amrahbank”da müxtəlif departamentlərdə müdir vəzifəsində çalışıb.

Digər dəyişikliyə əsasən Audit Komitəsində Subaş Jalanın yerini İlqar Əliyev tutub. Əliyev bu təyinata kimi sığorta və təhlükəsizlik sektorlarında müxtəlif vəzifələrdə çalışıb.

Subaş Jalan Amerikanın Sertifikatllı İnformasiya Sistemləri auditorudur. O, Küveytin “Gulf İnvestment Corporation” şirkətində vitse-prezident, elə həmin körfəz ölkəsinin Sənaye Bankında investisiya rəhbəri vəzifələrində çalışıb.

MənbəFinans.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər