Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə müflis elan edilən “Amrahbank”ın işçilərinin maaşı verilib.
Banker.az “Qafqazinfo” istinadən xəbər verir ki, fəaliyyətini dayandıran bankın əməkdaşlarının aprel ayı üçün nəzərdə tutulan əməkhaqları ödənilib.
Qeyd edək ki, ötən gün sözügedən bankın əməkdaşları maaşlarının verilməməsi tələbiylə “Amrahbank”ın baş ofisinə toplaşaraq etiraz ediblər. Bu gün isə Mərkəzi Bankın sədri Elman Rüstəmov lisenziyası ləğv edilmiş bankın əməkdaşlarının məvaciblərinin ödəniləcəyini bildirmişdi. Günün sonunda isə bu problem öz həllini tapıb.