33 C
Baku
Monday, June 17, 2024

“Amrahbank”ın rəhbərliyində dəyişiklik olub

“Amrah Bank” ASC-nin İdarə Heyətinin üzvü və Bankın Maliyyə Departamentinin direktoru Nəcəf Cəfərli işdən çıxıb.

Banker.az Reporta istinadla  xəbər verir ki, onun yerinə departamentdəki müavini Hürü Salxayeva təyin edilib.

Xatırladaq ki, “Amrahbank” 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər