“Amrahbank” ASC səhmdarlarının ümumi yığıncağı 8 yanvar 2018-ci il saat 15:00-a təyin edilib.
Bu barədə bankın yaydığı elanda deyilir.
Yığıncaq Bakı, Sarabski küçəsi 45 A, 657-ci məhəllə ünvanında keçiriləcək.
Yığıncağın gündəliyi açıqlanmayıb.
“Amrahbank” 1993-cü ilin dekabrın 28-də fəaliyyətə başlayıb.