7 C
Baku
Sunday, January 12, 2025

Amsterdamda dünyanın ilk sualtı parkinqi açılıb – Fotolar

Amsterdamda çox gözəl sualtı parkinq açılıb. Məlumata görə, dayanacaq kompleksi mərkəzi vağzal yaxınlığında yerləşir və özündə 7 min velosiped və 0 (sıfır) avtomobil yerləşdirə bilir.

Çoxdan idi ki, ölkədə əlavə dayanacağa ehtiyac var. Bu təkcə şəhərdə velosipedçilərin çox olmasında deyil, həm də dayanacaq yerlərinin az olmasından irəli gəlir. Qatar stansiyaları kimi insanların sıx olduğu yerlərdə park edilmiş velosipedlər küçələri və meydanları çox dağınıq edir. Bu, piyadaların hərəkətinə mane olur və sadəcə olaraq şəhərin estetikasını korlayır.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Yeri gəlmişkən, sualtı parkinq yaxınlığında fevral ayında yeni yerüstü dayanacaq kompleksi də açılacaq, hansı ki 4 min ikitəkərli nəqliyyat vasitəsi yerləşdirəcək. Beləliklə, vağzal yaxınlığında 11 min velosiped saxlamaq mümkün olacaq.

1

2

3

4

6

7

8

9

10

Son xəbərlər
Digər xəbərlər