17 C
Baku
Friday, May 3, 2024

Ana təbiət özü bizə dərs verir

1. Sən dəmə adi ağacdələn də bizə müvəffəqiyyət dərsi verə bilər. Sizcə ağacdələndən nəyi öyrənməyə dəyər? Buna, “diqqətin cəmlənməsi” dərsi demək olar

Bir sıra cəhətlərinə görə ağacdələn bizdən ağıllıdır. Düzdür, o, başını ağaca vurur, amma bunu çox uğurlu şəkildə edir. O realistdir, cəmi bir zərbə ilə ağacı müxtəlif parçalara bölmək xülyasında yaşamır, halbuki bizlərdən əksəriyyəti hər şeyi cəmi bir cəhdə əldə etmək istəyir. Həmçinin o bütün zərbələrini cəmi bir nöqtədə cəmləməyi bacarıb, o ağacın üzərinə müxtəlif tərəflərdən həmlə etmir. O, fokuslanmış şəkildə diqqətini məhz bir nöqtədə cəmləyir və dayanmadan onu dəlməyə çalışır. O, asta-asta öz hədəfinə – soxulcana yaxınlaşır. Bizə isə qurd lazım deyil, biz bir-başa ilanı tutmaq istəyirik, özü də onu möhkəm ağacın içərisində deyil, üstünü yarpaqlar örtmüş torpaqda axtarırıq.

2. İkinci dərsi balıqdan almağa dəyər. Bu “axın dərsi” adlanır

Balıq həmişə axına qarşı üzür və ümumi formalaşmış fikrə rəğmən bu düzgündür. O, bunu heç də öz həyatını çətinləşdirmək üçün etmir, o sadəcə bu yolla öz qarşısından daha çox su axıtmaq istəyir. Belə olduqda onun qarşısından su ilə daha çox oksigen və qida axmış olur. Bununla da onun həyatı bir neçə dəfə daha zəngin keçir. Biz isə əksinə, həmişə axın istiqamətində üzür və axının bir yerində ilişib qalırıq, nəticədə 40 illik təcrübə əvəzinə, eyni bir təcrübəni 40 dəfə əldə edirik. Biz öz komfort zonamızı tərk etmək istəmirik, daha sonra isə qarşımıza niyə bu qədər az şans çıxdığına təəccüblənirik. Biz hətta lotereya bileti almadan, həyat lotereyasını udmaq istəyirik.

3. Üçüncü müvəffəqiyyət dərsini bala şirlərdən öyrənməyə dəyər. Bu uğur dərsi “üzü qana bulamaq” adlanır

Onlar öyrənməyi bacarır. Onlar daha böyük və daha təcrübəli şirlərdən öyrənir. Onlar həyatı dərsliklər və danışıqlar əsasında öyrənmir, real işdə öyrənirlər. Onlar dəqiq başa düşürlər ki, ov etməyi öyrənmək üçün, üzü qana bulamaq lazımdır. Biz isə hətta əllərimizi çirkləndirməkdən qorxuruq. Biz parta arxasında oturur və başqa cildə düşmüş dovşandan bizə nə isə öyrətməyi gözləyirik. Ya da daha pis, biz özümüzü evə qapayır və öz-özümüzə öyrənirik, ov zamanı gələndə isə biz nəinki ov etməyi bacarmır, hətta qanın iyindən belə qorxuruq.

4. Dördüncü müvəffəqiyyət dərslərini biz itlərdən ala bilərik. O, sosialdır və “quyruğunu birinci bula” adlanır

21-ci əsrdə artıq sənin özünün nə etdiyi deyil, sənin digər insanları nə ilə motivasiya etməyin vacibdir. İt belə düşünmür ki, əvvəlcə sən məni evə gətir, məni yedirt, içirt, sonra isə mən bunun əvəzində öz quyruğumu bulayaraq, səni cəlb edəcəyəm. İtlər öz hisslərini birinci bəxş edir, daha sonra isə bunun əvəzində öz istədiyini alır. Bu zaman o sizi, nə isə verməyə məcbur etmir, o öz işini elə qurur ki, siz özünüz onun istəklərini yerinə yetirmək istəyirsiniz.

5. Beşinci uğur dərsini bizə ilanlar verməlidir. Dərs belə adlanır “inildəmək lazım deyil”

O heç də belə düşünmür: “Mənim nə əlim var, nə ayağım, gözlərim zəif görür, mən düzgün ölkədə dünyaya gəlməmişəm, heç kəs məni sevmir, mən yumurtadan çıxandan bəri valideynlərim mənim qeydimə qalmır”. İlan onda olanlar ilə kifayətlənir, hətta biz bu “vəhşi invalid” heyvandan qorxuruq. Əgər onun nə isə xoşuna gəlməsə, o sadəcə dərisini dəyişir və təəssüflənmədən sürünərək çıxıb gedir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər