Hamiləliyə və doğuşa görə nəzərdə tutulan məzuniyyət dəyişilir.
Banker.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.
Yeni dəyişikliyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.
Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.







