9 C
Baku
Thursday, December 12, 2024

Analitik: “Bitkoin yalnız bu şərtlə $200 minə qalxa bilər”

Treyder Nikolas Merten hesab edir ki, bitkoin parabolik artım potensialını saxlayır.

Banker.az xəbər verir ki, analitikin fikrincə, kriptovalyuta 200 min dollara qədər bahalaşmağa qadirdir, lakin bu ssenarinin həyata keçməsi üçün bir şərt var. Mütəxəssisin qeyd etdiyi kimi, qiymətin əhəmiyyətli dərəcədə artması üçün aktiv korreksiya və həcmlərin yığılması mərhələlərindən keçməlidir.

Aktiv bərpaya başlamaq üçün bitkoinin 30-35 min dollar aralığına düşməsi lazımdır. Bundan sonra kriptovalyuta 70 min dollar səviyyəsinə qayıda və qiymətin 80-85 min dollara qalxa biləcəyi proqnozlaşdırılır.

Dekabrın 23-də bitkoinin dəyəri 48 min dollar, kapitallaşması isə 913 milyard dollar olub. “CoinGecko”nun məlumatına əsasən, kriptovalyuta tarixi maksimumunu (69 min dollar) noyabrın 10-u keçib.

Son xəbərlər
Digər xəbərlər