12 C
Baku
Wednesday, December 11, 2024

Analitik – PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Satış departamenti
Vəzifə : Analitik
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  17 avqust 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatları vahid məlumat bazasına  toplanması;
2. İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması;
3. Hesabat məlumatlarının reallığının, düzgünlüyün və tamamlığın yoxlanılması və təmin olunması;
4. Qərarvermə prosesini sürətlandirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
5. Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması;
6. Məlumatların düzgün klassifikasiyasının və qruplaşdırılmasının təşkil olunması;
7. Sığorta bazarına və şirkətin strategiyasına uyğun potensial müştəri profilinin müəyyənləşdirilməsi;
8. Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması.

Namizədə olan tələblər:

İş təcrübəsi : Böyük məlumat bazaların təhlili və (və ya) idarə olunması üzrə minimum 2 il iş təcrübəsi;
Təhsili/ixtisası : Riyaziyyat, Kibernetika, Statistika və ya İnformasiya Sistemləri (o cümlədən proqramlaşdırma) istiqamətləri üzrə bakalavr dərəcəsi tələb olunur;
Dil bilikləri : İngilis dilini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MSSQL, SSRS / PowerBI, MS Excel, MS Power Point;
Üstünlüklər: R, MATLAB, SAS və ya SPSS proqram təminatlarından hər hansı biri ilə iş təcrübəsi və rus dili bilikləri üstünlükdür;

Fərdi keyfiyyət tələbləri :

Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, riyazi bacarıqlar, məxfi rejimdə işləmək və məlumatların məxfiliyini təmin edə bilmək, proseslərin avtomatlaşdırılması və optimallaşdırılması bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Satış üzrə analitik” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər