İŞÇININ VƏZIFƏSI:
– Kredit portfelinin diversifikasiyası, verilmiş və qaytarılmış kreditlər, həmçinin hesablanmış, lakin ödənilməmiş faizlər haqqında hesabatlar toplusunun hazırlanması;
– Filial əməkdaşlarının plan icrası və keyfiyyət göstəriciləri hesabatının hazırlanması;
– Kredit portfeli və vaxtı keçmiş kreditlər haqda məlumatların hesabat formasında təqdim olunması;
– Bankın İdarə Heyəti tərəfindən biləvasitə verilən və vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqların, bilavasitə rəhbərini məlumatlandırmaqla, icra olunması.
TƏLƏBLƏR
– Ali təhsilli olmalı;
– Müvafiq sahədə 1 il iş təcrübəsi olmalı;
– Proqramlaşma dilləri və alətləri sahəsində aşağıda göstərilən biliklərə sahib olmalı:
HTML, PHP, Delphi, Pascal, XML, Java,
(Oracle(PL/SQL ilə sorğulama), DB2/6, MSSQL, MS ACCESS,
Windows98/2000/XP/Vista/7,Server2003/2008,Linux(SuSe, Ubuntu,
SAP ERP 6.0 EHP 5, CRM 7.0, BI based on NW 7.31, SAP CBS 8.0, Solution Manager 7.1,
MS Office proqramları.
– Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– Stres altında işləmək qabiliyyətinə malik olmalı;
– Paralel olaraq müxtəlif işləri görmək qabiliyyətinə malik olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyun 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində müraciət etdiyiniz region nəzərə alınmaqla “Analitik şöbəyə baş mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.