Ötən gün fond birjalarında ABŞ-ın informasiya və kommunikasiya texnologiyaları üzrə nəhəngləri sayılan “Apple” və “Facebook”un səhmlərinin kütləvi satışı müşahidə edilib. Son nəticədə adı çəkilən şirkətlər bazar dəyərini 3-5% itirib.
Baş verənlərin fonunda dünyanın və ABŞ-ın aparıcı birja indeksləri – “Dow Jones”, S&P 500 və “Nasdaq” azalma nümayiş etdirib. Banker.az bildirir ki, bu bardə “Report”un analitik qrupu yazır.
Səhmlərdən imtina ilə yanaşı, dünyanın ən böyük hedc fondu olan “Bridgewater”in qurucusu Rey Dalionun verdiyi müsahibə də indekslərin azalmasında rol oynayıb. Xatırladaq ki, iş adamə müsahibəsində ABŞ-ın Federal Ehtiyat Sisteminin (FE) uzun illər yürütdüyü aşağı uçot dərəcəsi siyasəti fonunda dolların bütün dünyaya yayıldığını qeyd edərək bunu mənfi hal kimi qiymətləndirib. ABŞ-ın məşhur investisiya bankı “Goldman Sachs” isə gələn ildən dolların ucuzlaşacağı barədə proqnoz verib. Bütün bunlar isə Amerika iqtisadiyyatına marağı azaldıb.
Bununla belə, indekslərdəki azalmaya baxmayaraq ümumi tendernsiya onların artması istiqamətindədir. Belə ki, ilin əvvəlindən bəri “Dow Jones” 1,2%, S&P 500 0,6%, “Nasdaq” isə 1,8% artın nümayiş etdirib. ABŞ-ın proteksionis siyasət yürütdüyünü, Çinlə ticarət müharibəsindən qalıb çıxmaq şansının yüksək olduğunu nəzərə alsaq, adları çəkilən indekslərin yenidən artacağını proqnozlaşdırmaq olar.