28 C
Baku
Saturday, June 25, 2022

Analitiklər FES-in faiz dərəcəsini dəyişməyəcəyini proqnozlaşdırır

ABŞ-ın Federal Ehtiyat Sistemi Donald Trumpın and içmə mərasimindən sonra ilk iclasın yekunlarına əsasən çərşənbə günü faiz dərəcələrini dəyişməyəcək.

Banker.az xəbər verir ki, bunu iqtisadçılar arasında keçirilən sorğunun məlumatlarına istinadən 31 yanvar tarixində Reuters agentliyi bildirib.

FES yeni prezidentin iqtisadi siyasətə münasibətdə daha aydın olacağına ümid edir. Agentliyin verdiyi məlumata görə, investorlar faiz dərəcələrinin növbəti dəfə artırılmasını iyun ayına proqnozlaşdırırlar.

Hazırda Amerika iqtisadiyyatı tam məşğulluğa və Trumpın büdcə stimullaşdırılmasına yaxındır. Həmçinin vergi sahəsində həyata keçiriləcək islahatlar inflyasiyanın qəfil olaraq artımına səbəb ola bilər. Ekspertlər qeyd edir ki, buna görə də, FES faiz dərəcələrinin artırılması tempini sürətləndirə bilər.

Amerika Mərkəzi bankı ilk dəfə 2016-cı ilin 14 dekabr tarixində baza faiz dərəcəsini artırdı. Bu zaman faiz dərəcəsi 0,25-0,5-dən 0,5-0,75-ə qədər artırıldı. Bununla yanaşı, FES 2017-ci ildə baza faiz dərəcəsinin iki əvəzinə, 3 dəfə artırılacağını proqnoz verib. Orta faiz dərəcəsi 1,375 faiz təşkil etməlidir.

Son xəbərlər
Oxşar xəbərlər