Analitiklər qlobal neft qıtlığı təhlükəsi barədə xəbərdarlıq etdilər

OPEC+ ölkələri keçən ilin avqust ayından bəri neft hasilatı ilə bağlı razılığa gələ bilmirlər. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, bu problemin 5 iyul tarixində həllini tapacağı gözlənilsə də, uzun məsləhətləşmələrdən sonra tərəflər kompromissə getmədilər və OPEC+ görüşü təxirə salındı. Yeni müqavilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən bloklanır. Ölkə öz istehsalını artırmasına icazə verilməsini tələb edir, lakin bu seçim Rusiya və Səudiyyə Ərəbistanının maraqlarına uyğun deyil.

“Əlavə tədarük olmadığı təqdirdə fiziki bazarda müşahidə etdiyimiz defisit daha da artacaq”, – mesajda qeyd edilir.

“Energy Aspects” konsaltinq şirkətinin analitiki Metyu Holland hesab edir ki, bu ilin sonuna qədər neftə tələb 3 milyon barelə çata bilər. OPEC+ görüşünün pozulması fonunda “London ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri 0,7% artaraq 1 barel üçün 77.7 dollar səviyyəsinə çatıb. 2018-ci ilin oktyabrından bəri ilk dəfə kotirovkalar 77 dolları keçib.

“Bütün qrup bir ölkəyə qarşı çıxır, bu məni narahat edir, amma reallıq budur”, -deyə Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman əlavə edib.

BƏƏ-nin energetika naziri Suheyl al-Mazrui sazişin 2022-ci ilə qədər uzadılmasına yalnız istehsalın artırılmasına icazə verildiyi təqdirdə gedəcəyini açıqlayıb. Qeyd edək ki, hal-hazırda BƏƏ-nin istehsal kvotası gündə 3.2 milyon barel təşkil edir.

Xatırladaq ki, 2020-ci ildə dünyada neft kəşfiyyatı və hasilatına qoyulan investisiyalar 15 illik minimuma düşüb. Bu, tədarük çatışmazlığı riskini yaradır. “Bloomberg”in verdiyi məlumata görə, mövcud iqtisadi dirçəliş səyahət artımı və hava xidmətlərinin bərpası yaxın gələcəkdə neftin bahalaşmasına səbəb ola bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.