7 C
Baku
Sunday, December 15, 2024

Analitiklər: FED gələn il uçot dərəcəsini iki dəfə artıracaq

Fyuçers bazarı iştirakçılarının ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 2017-ci ildə keçiriləcək iclasların ikisində artıracağı ilə bağlı ehtimalları 62%-ə yüksəlib. 

Bunu “VTB24” bankının analitiki Aleksey Mixeyev bildirib.

Onun fikrincə, FES-in bugünkü iclasının nəticəsi artıq bir o qədər də önəmli deyil. Belə ki, hər kəs uçot dərəcəsinin artırılacağını bilir: “Hətta aydındır ki, FES növbəti faiz artımı barədə də danışacaq. Amma, maliyyə bazarları 2017-ci ildə faizlərin iki iclasda artırılaraq 1-1,25%-ə çatdırılması ehtimalını 61,9% olaraq görürlər”.

Xatırladaq ki, FED 2015-ci ilin dekabrında uçot dərəcəsini tarixi minimal səviyyədən artıraraq 0,25-0,50%-ə çatdırıb. Bugünkü iclasda isə faizin 0,50-0,75%-ə çatdırılması gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər