7 C
Baku
Sunday, December 15, 2024

Analitiklər: FED yaxın 5 ildə uçot dərəcəsini 5-6,5%-ə çatdıra bilər

BŞ Federal Ehtiyat Sisteminin (FED) martın 15-də uçot dərəcəsini 0,25 faiz bəndi artırması qərarı əvvəlcədən gözlənildiyinə görə, maliyyə bazarları tərəfindən sakit qarşılanıb. Hətta maliyyə bazarlarında dolların möhkəmlənməsi, fond indekslərinin ucuzlaşması, əmtəə qiymətlərinin düşməsi gözlənildiyi halda, faktiki olaraq bunun əksi baş verib. Bu, Azərbaycand da milli valyuta – manatın məzənnəsinin sabit qalmasına səbəb olub.

Analitika qrupu bildirir ki, ABŞ iqtisadiyyatının artım tempinin sürətlənməsi ilə başlayan FED-in uçot dərəcəsini artırması ehtimalları 2014-cü ildən qlobal maliyyə bazarlarına kəskin mənfi effektini göstərməyə başlayıb. O zaman, məzənnəsi 1,35 USD/EUR olan əsas valyuta cütlüyü qısa müddət ərzində 1,05-ə, “Brent” markalı neftin qiyməti 115 dollardan 27 dollar/barelə, qızılın qiyməti isə 1 400 dollardan 1 050 dollar/unsiyaya düşüb. Lakin qeyd etmək lazımdır ki, maliyyə bazarları ABŞ-ın uçot dərəcəsini artıracağına daha əvvəl, 2008-ci il böhranında FED-in faizləri azaldaraq tarixi minimum – 0,25% səviyyəsinə çatdıranda hazırlaşmağa başlayıb. Belə ki, 2008-ci il böhranı zamanı USD/EUR məzənnəsi 1,60, neftin qiyməti 147 dollar/barel, qızılın qiyməti isə 1 900 dollar/unsiyanı keçib. Maliyyə bazarları FED-in 2015-ci ildə uçot dərəcəsini artırmağa başlaması prosesinin məlum effektinə əvvəlcədən hazırlaşıb.

Reportun analitikləri hazırda maliyyə aktivlərinin qiymətinin FED-in 2-2,5%-lik uçot dərəcəsinə artıq uyğun gəldiyini bildirir. Yəni, maliyyə bazarları FED-in uçot dərəcəsini daha 1-1,5 faiz bəndi artırmasına təmkinlə cavab verəcək: “FED-in uçot dərəcəsini 2-2,5% hədəfinə 2018-ci ilin sonu-2019-cu ilin əvvəlində çatdıracağını ehtimal edirik. Buna qədər isə, 2018-ci ilin ilk rübündən yenidən ABŞ dollarının kəskin möhkəmlənəcəyi və avro ilə paritetdən aşağı düşəcəyi gözlənilir”.

“2022-ci ilə qədər FED-in uçot dərəcəsini 5-6,5% səviyyəsinə çatdıracağı gözlənilir. 2020-ci ilə qədər isə USD/EUR məzənnəsinin 0,85-ə, neftin qiymətinin 25-30 dollar/barelə, qızılın qiymətinin isə 850 dollar/unsiyaya qədər azalacağı ehtimal edilir. Bu fonda Azərbaycanda dolların məzənnəsinin 3,00-3,50 AZN/USD səviyyəsinə çatması mümkün görünür”.

Son xəbərlər
Digər xəbərlər