15 C
Baku
Sunday, May 5, 2024

Analitiklər: “Neft ilin sonuna qədər bahalaşacaq”

Merikalı şist neft istehsalçılarının aktiv fəaliyyətlərinə baxmayaraq, Brent markalı neftin 1 barrelinin orta səviyyəli qiyməti 2017-ci ilin dördüncü rübündə 65 dollar səviyyəsinə qayıda bilər.

Banker.az saytı Bloomberg agentliyinə istinadən xəbər verir ki, Citigroup analitiklərinin proqnozuna əsasən, 2017-ci ilin dördüncü rübündə WTI markalı neftin 1 barrelinin dəyəri 62, Brent markalı neftin 1 barrelinin qiyməti isə 65 dollar ola bilər ki, bu da cari səviyyədən təqribən 10 dollar çoxdur.

Ekspertlərin fikrincə, OPEC təşkilatına üzv və qeyri-OPEC ölkələrinin əldə etdiyi razılığın qüvvədə qalma müddətinin uzadılması növbəti altı-doqquz ay ərzində ABŞ-dakı şist neft hasilatının artmasını kompensasiya edə bilər. Lakin, müqavilənin müddətinin uzadılmasından imtina etmək, qiymətlərin qəfil olaraq enməsinə gətirib çıxaracaq.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər