ABŞ və İsrailin İrana qarşı müharibəsi və Hörmüz boğazının bağlanması dünya üzrə neft qiymətlərinin bir barel üçün 200 dollara çatmasına səbəb ola bilər. Bu barədə ABŞ mediası Avstraliyanın “Macquarie” bankının analitiklərinə istinadən məlumat yayıb.
Fevralın 28-də müharibə başlayandan bəri neftin qiyməti 65 dollardan 100 dollara qədər yüksəlib. Mart ayında qeydə alınan artım artıq 1983-cü ildən bəri ən böyük sıçrayış hesab olunur. CNN-ə müsahibəsində “Macquarie” analitiki Vikas Dvived bildirib ki, Hörmüz boğazı gəmiçilik üçün operativ şəkildə açılmasa, neftin qiymətinin 200 dollara çatması hətta müharibə başa çatdıqdan sonra da mümkün ola bilər.






