14 C
Baku
Friday, November 22, 2024

Analitiklər “Nvidia”nın bazar dəyərinin 10 trln. dollara çatacağını gözləyirlər

“I/O Fund”un aparıcı texnologiya analitiki Bet Kindiqə görə, “Nvidia” bazar kapitallaşmasını üç dəfə artırmaq yolundadır. O, texnologiya nəhənginin bazar dəyərinin 10 trilyon dollara çatacağını proqnozlaşdırır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bununla yanaşı, Uoll-Strit investorları “Nvidia”nın son bir il ərzində böyüməsini və qazanc artımı ilə bağlı yüksək gözləntiləri nəzərə alaraq, şirkətin olduğundan daha yüksək qiymətləndirilməsindən narahatdırlar.

“Nvidia” səhmləri cümə axşamı şirkətin ikinci rüblük hesabatından sonra 6%-dən çox ucuzlaşıb.

Sənaye analitiklərinin “yüksək istehsal həcminə nail olmaqda böyük çətinliklər” səbəbindən yeni nəsil çiplərin istehsalının iki-üç ay gecikəcəyini söyləməsi investorların narahatlığını daha da artırıb.

Son xəbərlər
Digər xəbərlər