10 C
Baku
Wednesday, November 6, 2024

Analitiklər: “yaşıl” enerjiyə keçid neftin $10-a düşməsinə gətirib çıxaracaq

“Wood Mackenzie” analitikləri “yaşıl” enerjiyə keçid nəticəsində uzunmüddətli perspektivdə neftin 10 dollara düşəcəyini proqnoz ediblər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Buna baxmayaraq, onların sözlərinə görə, bu il “Brent” markalı neftin qiyməti daha 10% arta bilər.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, bu il qlobal tələb gündə 96.5 milyon barelə çatacaq, yəni keçən il pandemiya səbəbindən itirilən həcmin təxminən 60%-i bərpa ediləcək. Agentliyin qeyd etdiyi kimi, 2021-ci ildə “Brent” 74 dollara çatacaq, əsas artım faktoru isə COVID-19 pandemiyası zamanı yığılan neft ehtiyatlarının cəmi 23%-nin qalması olacaq. Xatırladaq ki, fevral ayında “JP Morgan Chase” əmtəə bazarında beşinci superböyümə dövrünün başladığını açıqlamışdır. Onun əsas xüsusiyyətləri kənd təsərrüfatı məhsullarının, metalların və neftin 50 dollardan yuxarı artması olmuşdur.

“Wood Mackenzie” mütəxəssislərinin fikrincə, neftə olan tələb 2023-cü ildə azalmağa başlayacaq və XXI əsrin ortalarında 70% düşəcək. Onların fikrincə, dünyanın aparıcı iqtisadiyyatları iqlimlə bağlı Paris sazişinin məqsədlərinə çatmaq və “yaşıl” enerjiyə keçmək üçün qətiyyətlə hərəkət etsələr, bu mütləq baş verəcək. Analitiklərə görə, nəqliyyat və sənaye sektorunun elektrifikasiyası xüsusilə təhlükəlidir. Bu, nefti energetika sektorundan sıxışdıracaq və bazarı praktiki olaraq məhv edəcək. Belə bir vəziyyətdə, 2030-cu ilə qədər “Brent”in bir bareli 37-42 dollara düşəcək və 2050-ci ildə 10 dollar təşkil edəcək.

Analitiklər belə bir proqnozun reallıqdan uzaq olduğunu düşünürlər. Bu gün dünyanın yanacaq istehlakının yalnız 65%-i nəqliyyatın payına düşür, təyyarələr “yaşıl” enerjiyə keçməyi planlaşdırmır, buna görə benzinə olan tələbat hələ də yüksək qalacaq. Mütəxəssislər neftin 10 dollara düşəcəyinə inanmırlar: hasilat imkanları varsa, istifadə yolları da olacaq. Eyni zamanda yenilənə bilən enerji mənbələri əsasında yaradılan elektrik enerjisi dünya istehsalının yalnız 27%-ni tutur. Nə sənaye, hə də nəqliyyat sektoru yaxın illərdə tamamilə elektrik enerjiyə keçə bilməyəcək. Onların fikrincə, iqtisadiyyatın karbon yanacağı istehlak edən sahələri neytral olmayana qədər, neftin qiyməti 80 dollara qədər artmağa davam edəcək.

Son xəbərlər
Digər xəbərlər