8 C
Baku
Thursday, December 12, 2024

Analitiklərin rublun məzənnəsi bağlı proqnozları pisləşib

İqtisadçı-ekspertlər Rusiya rublunun məzənnəsi və bu ölkədə qiymət artımının səviyyəsi ilə bağlı proqnozlarını pisləşdirib.

“Reuters” agentliyinin keçirdiyi sorğu nəticəsində üzə çıxıb.

Analitiklərin fikrini dəyişməsinə səbəb ABŞ Konqresinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə qərarının fonunda rublun 2% ucuzlaşması olub. 19 analitik arasında keçirilən sorğunun nəticələrinə görə, bu il Rusiyada inflyasiya 4,2% təşkil edəcək. Ötən ay bu göstərici 4,1% idi.

Xatırladaq ki, Rusiya Bankı (Mərkəzi Bank) iyulun 28-də keçirdiyi iclasda uçot dərəcəsini sabit – 9% səviyyəsində saxlayıb. “Nordea Bank” analitiki Denis Davıdova görə, Rusiya Bankının bu qərarı məntiqlidir: “Qeyri-müəyyənliklər geosiyasi riskləri artırır”.

Analitiklər ilin sonuna qədər Rusiyada uçot dərəcəsinin 8,25%-ə enəcəyini proqnozlaşdırır. Yaxın 1 ildə rublun məzənnəsi üzrə proqnoz da mənfi istiqamətdə artırılıb. Belə ki, yaxın 1 il ərzində Rusiyada dolların qiymətinin 58,5 rubl deyil, 61 rubl olacağı gözlənilir. Analitiklər Rusiyanın 2017- ci ildə ümumi daxilin məhsulun (ÜDM) artımı proqnozunu isə 1,3%-dən 1,4%-ə çatdırıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər