Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə bu gün keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsinin həcmi 50 mln. dollar təşkil edib.
ARDNF-in xəbərinə görə, hərraca çıxarılmış vəsaitdən 49,4 mln. dollarlıq məbləğ 28 kommersiya bankına satılıb.
Bank dairələrindən əldə etdiyi məlumata görə, hərracda kommersiya banklarının valyuta tələbatının yalnız 9%-nin ödənilib.
Analitik qrupu məzənnənin sabah, avqustun 5-nə 1,5979 AZN/USD olacağını ehtimal edir. Dolların məzənnəsinin artım prosesinin önümüzdəki günlərdə davam edəcəyi gözlənilir
Report