Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1.5 milyona yaxın mina yerləşdirilib və 9 min kv.km-ə yaxın ərazi minalarla çirklənib.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans zamanı deyib.
O bildirib ki, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Bir sözlə, ümumilikdə 109 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 753 piyada əleyhinə mina, 18 531 tank əleyhinə mina və 60 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.