13 C
Baku
Sunday, April 21, 2024

Anar Bağırov: Gecikmənin səbəbi Vəkillər Kollegiyasının da səhlənkarlığı olub

“Vəkilliyə qəbulun gecikməsində Vəkillər Kollegiyasının da çatışmazlığı və səhlənkarlığı olub”.

Bunu gələn il yanvarın 1-dən nümayəndəlik institutunun ləğvi və vəkilliyə qəbul prosesindəki gecikmə ilə bağlı Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov bildirib.

A. Bağırov deyib ki, Vəkillər Kollegiyasının rəhbərliyi istefa verdiyindən və qurum konfransa hazırlaşdığından vəkilliyə qəbulla bağlı sənədlərin qəbulu və umumilikdə bu prosesdə gecikmə yaşanıb: “Biz ən qısa müddətdə sənədlərin qəbulu prosesini bərpa edəcəyik. Bir neçə gün ərzində bu prosesə başlanacaq”.

Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, Azərbaycanda nümayəndəlik institutu ləğv edilib, yanvarın 1-dən mülki və inzibati məhkəmə işlərində nümayəndələr iştirak edə bilməyəcək. Azərbaycan prezidenti İlham Əliyev vətəndaşların məhkəmələrdə hüquqi müdafiəsinin təmin edilməsi üçün vəkillərinin sayının artırılmasını vacib sayıb, bununla bağlı Vəkillər Kollegiyasına müvafiq tapşırıq verilib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər