23 C
Baku
Sunday, September 29, 2024

Anar Bağırov vəkillərə dövlət tərəfindən ödənilən vəsaitin vergidən azad olunmasını təklif edib

“Əvvəllər dövlət tərəfindən vəkillərə bir saatlıq fəaliyyətinə görə 2 manat ödənilirdi. Prezident İlham Əliyevin ötən ilin fevralında imzaladığı sərəncama əsasən, həmin ödənişin məbləği 3 dəfə artırıldı. Hazırda vəkillərə bir saatlıq fəaliyyətinə görə 6 manat ödənilir. Hesab edirəm ki, digər region ölkələri ilə müqayisədə bu, normal məbləğdir”.

Banker.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, əgər vəkil 8 saat ərzində dövlət hesabına hüquqi yardım göstərərsə bu, gün ərzində 48 manat edir: “Bu, heç də az deyil. Lakin orada bir məqam var. Hesab edirəm ki, bu, gələcəkdə müzakirə obyekti olmalıdır. Həmin məsələ odur ki, bu məbləğə ƏDV və digər vergilər də daxildir. Hesab edirəm ki, dövlət hesabına olduqda bu vəsait vergilərə cəlb olunmasa, daha yaxşı olar. Nəzərə almaq lazımdır ki, bu, güzəştli məbləğdir. Yəni məbləğ 6 manat olsa və vergidən azad olunsa, bu, daha yaxşı olar”.

Son xəbərlər
Digər xəbərlər